Albayrak Medya

Samir Babaoğlu • Albayrak Medya Azərbaycan təmsilçisi
Media

Şirkət Məlumatı

Şirkət Adı:Albayrak Medya
Temsilçi:Samir Babaoğlu
Vəzifəsi:Albayrak Medya Azərbaycan təmsilçisi
Ünvan:Nərimanov ray. Atatürk pros. Ev 30 B, Bakı, Azərbaycan
Sektorlar:
Media

Əlaqə

Şirkət Haqqında

“Albayrak Qrupu” 1995-ci ildə nəşr həyatına başlayan, Türkiyənin ən nüfuzlu qəzetlərindən biri olan “Yeni Şafak”-ı 1998-ci ilin may ayında öz tərkibinə qataraq media sektoruna daxil olmuşdur. “Türkiyənin birikimi” şüarı ilə hər gün oxucuları ilə görüşən “Yeni Şafak”, milli və mənəvi dəyərlərə uyğun, cəsarətli və dürüst jurnalistika anlayışı ilə Türkiyənin ən böyük qəzetləri arasında yer alır. Türkiyə və dünya gündəmini 7 gün 24 saat fasiləsiz şəkildə ekranlara daşıyan TVNET isə 2007-ci ildə yaradılıb. TVNET xəbər proqramları ilə birlikdə mədəniyyət-incəsənət, təhsil, səhiyyə və gündəlik həyata dair maarifləndirici yayımları ilə fərqlənir. Jurnal nəşriyyatına 2012-ci ildə başlayan “Albayrak Media”, aylıq dövrlərlə nəşr olunan “Derin Tarih”, “Nihayet”, “Gerçek Hayat”, “Z Raporu”, “Lokma”, “Cins”, “Skyroad”, “Bilge Çocuk” və “Bilge Minik”, həmçinin iki aylıq “Post Öykü” jurnalı ilə sektorun liderləri sırasında yer alır. 2013-cü ildən sonra rəqəmsal sahəyə etdiyi investisiyalarla diqqət çəkən “Albayrak Media”, yenisafak.com, gzt.com markalarıyla birlikdə “Yeni Şafak”-ın ingilis, rus, ərəb, fransız, urdu dillərindəki yayınlarıyla Avropadan Asiyaya, Amerikadan Afrikaya qədər dünyanın hər bölgəsində həqiqətləri fərqli dillərdə dünyaya çatdırır. “Yazı qalır” şüarı ilə 2018-ci ildə nəşr həyatına başlayan “Ketebe Yayınları” isə “Albayrak Media”-nın kitab nəşriyyatındakı yeni brendi olaraq Türkiyənin ən böyük kitab markaları arasında yer alır. “Albayrak Media” tərkibində nəşr olunan qəzet, kitab və jurnalların satış, marketinq, abunəlik və paylanma fəaliyyətlərini isə “Birlikte Dağıtım” şirkəti həyata keçirir.