Varmhouse
Cabbarov Vüqar • Direktor
Tikinti və İnşaat materialları
Şirkət Məlumatı
Şirkət Adı:Varmhouse
Temsilçi:Cabbarov Vüqar
Vəzifəsi:Direktor
Ünvan:Əhməd Rəcəbli küçəsi, Bakı, Azərbaycan
Sektorlar:
Şirkət Haqqında
Firmamız Warm House 2001-ci ildən etibarən Bakı şəhərində istilik sistemləri sektorunda satış və xidmət üzrə fəaliyyətə başlamış, qısa müddət ərzində qazandığı təcrübə və etibarla Azərbaycan daxilində bu sektorun qabaqcıl firmalarından birinə çevrilmişdir. Warm House Türkiyə, İtalya, Polşa və digər Avropa ölkələrinin tanınmış brendləri ilə əməkdaşlıq edərək, həmin ölkələrin istilik sistemlərinə dair bütün aksesuarların topdan və pərakəndə satışını həyata keçirir. Biz Warm House olaraq, yuxarıda adı çəkilən ölkələrin öndə gələn firmalarının rəsmi distribütoru olmağa haqq qazanmışıq və onları ölkəmizdə layiqincə təmsil edirik. Qüsursuz iş sistemi ilə satış sonrası müştərilərimizi mərhələ-mərhələ izləyərək, yerində və zamanında xidmət anlayışı və dəqiqliyi ilə müştəri məmnuniyyətini hər zaman ön planda tutmuşuq. Warm House evlərin və hündür mərtəbəli binaların həcminə görə istilik hesabatlarının aparılması, nəmişlik dərəcəsindən asılı olaraq istilik itkilərinin hesabatının aparılması, sistemin yığılması zamanı təcrübəli ustaların sizə yönləndirilməsi və bu kimi digər xidmətlərlə sizin xidmətinizdədir. Məqsədimiz müştərilərimizin ehtiyaclarını doğru təhlil edib, ən uyğun və sərfəli təklifləri təqdim edən, öz sahəsində axtarılan bir firma olmaqdır ki, bunu da bacarmışıq. Günümüzdə istilik sistemləri artıq komfortdan daha çox zərurətə çevrilmişdir. Warm House olaraq, bu ehtiyaca yüksək sə viyyədə cavab verən şirkətlər arasında ön sıralarda yer aldığımızı düşünürük.