Linqva TM MMC

Anar Yusufzadə • Sahibkar
Təhsil

Şirkət Məlumatı

Şirkət Adı:Linqva TM MMC
Temsilçi:Anar Yusufzadə
Vəzifəsi:Sahibkar
Ünvan:Bünyad Sərdarov 18, AZ1000. Bakı, Azərbaycan
Sektorlar:
Təhsil

Əlaqə

Şirkət Haqqında

“Lingva Training Center” - Bakının mərkəzində yerləşən ən peşəkar dil və təlim mərkəzlərindən biridir. Xüsusən aldığı bilikləri praktiki tətbiq etmək üçün öyrənmək istəyənlər “Lingva Training Center”-də öz arzularını gerçəkləşdirə bilərlər. Çünki mərkəzdə dil və biznes bilikləri xüsusi hazırlanmış dərs planı və metodologiya əsasında tədris olunur. Eyni zamanda karyera üçün ingilis dili və praktiki rus dili proqramlarını seçərək, bu dillərdə sərbəst şəkildə danışa və iş həyatınızda istifadə edə bilərsiniz. Çünki biz gələcək üçün öyrədirik. “Lingva Training Center” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bir sıra layihələrin uğurlu icraçısı olmuşdur. 2023-cü ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə PR və kommunikasiya üzrə təlim layihələri həyata keçirilib. Şirkət müxtəlif illərdə Gülüstan Sarayı, Pasha Milliön, Red Cross kimi qurumlara ingilis dili və təlim layihələrini icra edib. “Lingva Training Center” 2022-ci ildən etibarən Nyu-Yorkda (ABŞ) yerləşən “ITEFLAC Accreditation Council” tərəfindən beynəlxalq akkreditasiyaya layiq görülüb.