N1 Çörək Zavodu

İlkin Şabanov • Direktor
Qida

Şirkət Məlumatı

Şirkət Adı:N1 Çörək Zavodu
Temsilçi:İlkin Şabanov
Vəzifəsi:Direktor
Ünvan:Xətai rayonu, Aşıq Ələsgər küç 15A. Bakı, Azərbaycan
Sektorlar:
Qida

Əlaqə

Veb Saytı www.n1chorek.az

Şirkət Haqqında

“Xəzri TN” MMC-yə məxsus, ümumi sahəsi 3 hektara yaxın N1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin olunması məqsədilə zavod Almaniyanın “Werner & Pfleiderer” şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur. Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır. N1 Çörək Zavodu beş çörək istehsal xətti, qablaşdırma xətti, xammalın daşınması və avtomatlaşdırılmış bölgüsü olan anbar sistemləri ilə təchiz olunmuşdur. Əlavə olaraq zavodda kruassan, şirniyyat və suxarı unu istehsal xəttləri quraşdırılmışdır. Qeyd olunan istehsal xəttlərində 30-dan artıq çeşiddə çörək və çörək-bulka məmulatları insan əli dəymədən tam avtomatlaşdırılmış şəraitdə istehsal edilir.