Office Lines MMC
Osman Əkbər Yaqubov • Təsisçi
Xidmət sahələri
Şirkət Məlumatı
Şirkət Adı:Office Lines MMC
Temsilçi:Osman Əkbər Yaqubov
Vəzifəsi:Təsisçi
Ünvan:Sabunçu ray, Bəşir Bünyadov küç, 3T Bakı, Azərbaycan
Sektorlar:
Şirkət Haqqında
“Office Lines” MMC Azərbaycanın ən böyük və təcrübəli ofis təchizatçılarından biridir. Şirkət 2000-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və hazırkı müştəri bazası 800-dən artıq korporativ şirkəti və dövlət qurumlarını əhatə edir. Müştərilərimizin korporativ tərəfdaşı olaraq, biz onları ofis və iş yerlərində istifadə olunan dəftərxana ləvazimatı, təsərrüfat malları, quru qida məhsulları, alkoqolsuz içkilər, müxtəlif növ kartriclər, ofis və yüksək texnologiya avadanlıqları, ofis mebeli, çap və promo məhsullar ilə təchiz edirik. Geniş, keyfiyyətli və zəmanətli mal çeşidi, peşəkar və təlim keçmiş işçi heyəti, yüksək müştəri xidməti səviyyəsi, müasir idarə etmə metodu, qabaqcıl texnologiyaların tətbiqi, ödənişsiz və zamanında çatdırılma xidməti “Office Lines” MMC şirkətini bazardakı digər təchizatçılardan fərqləndirən xüsusiyyətlərdəndir.