Proyapı Mühendislik ve Müşavirlik A.Ş.-nin Azərbaycan
Şirkət Məlumatı
Şirkət Haqqında
“Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 13.05.2008-ci il tarixində Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi (VÖEN: 1401350411) tərəfindən dövlət qeydiyyatına alınmışdır.
“Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında avtomobil və dəmir yollarının, bina və qurğuların layihələndirilməsi və tikintisinə nəzarət sahəsində fəaliyyət göstərir. Hazırda filial, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə imzalanmış bir sıra müqavilələr üzrə işğaldan azad olunmuş ərazilərimizdə avtomobil yollarının və digər obyektlərin layihələndirilməsi və tikintisinə texniki nəzarət işlərini həyata keçirir.
Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə “Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması işi” kimi uzunmüddətli müqavilələr imzalanmışdır.
Hazırda burada 90-a yaxın işçi fəaliyyət göstərir.