Səhliyalı Müəssisəsi

Fəxrəddin Bəşirov • Direktor müavini
Qida

Şirkət Məlumatı

Şirkət Adı:Səhliyalı Müəssisəsi
Temsilçi:Fəxrəddin Bəşirov
Vəzifəsi:Direktor müavini
Ünvan:Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, ev 18, mənzil 55
Sektorlar:
Qida

Əlaqə

Əlavə E-Poçt [email protected]
Veb Saytı sehliyali.com

Şirkət Haqqında

“Səhliyalı” Müəssisəsi 1996-cı ildə, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi səmərəli siyasət ölkə iqtisdiyyatının inkişafına müsbət təsir göstərdiyi vaxtlarda fəaliyyətə başlayıb. Şirkətin “1000 bərəkət, halal nemət” ticarət nişanı isə 2009-cu ildən fəaliyyətdədir. Müəssisə gün ərzində tələbata uyğun olaraq orta hesabla 20 tona qədər kolbasa istehsal edir. İstehsal prosesində qabaqcıl texniki avadanlıqların istifadə olunması və yüksək keyfiyyət nişanının qorunması şirkətin əsas iş prinsiplərindən biridir. Məlumdur ki, qida sənayesindəki istehsalın keyfiyyət zəmanəti onun gigiyenik normalara cavab verməsidir. Bunu yaxşı anlayan “Səhliyalı” şirkətində gigiyena qaydaları və məhsulun keyfiyyətinə nəzarətə ciddi şəkildə əməl olunur. Hər bir çeşid mərhələli şəkildə - emaldan qablaşdırmaya qədər yoxlanılır və bazara çıxarılır. Avstriyanın aparıcı istehsalçısı “SCHALLER” texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən “Sahliyalı”nın bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçiblər. Müəssisənin öz yardımçı təsərrüfatı da var. Qeyd etmək istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra istifadə edilən ətin keyfiyyətinə nəzarət iki qat artıb. Zavod tamamilə tam müasir standartlara uyğun gələn Almaniya texnologiyası ilə qurulub.