MÜSİAD Azərbaycan Saatlıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar süfrəsi təşkil edib
Bizimyol.info MÜSİAD Azərbaycan İctimai Birliyinə istinadən xəbər verir ki, proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əziz Ələkbərov və Səyyad Aran, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak ediblər.