MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə

1782481394_img-20260626-wa0112

22–25 iyun tarixlərində MÜSİAD-ın Niğde şöbəsinin İdarə Heyətinin sədri Hüsammettin Gümüştepenin rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət qurumları, biznes təşkilatları və istehsal müəssisələri ilə görüşlər keçirilib, Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunub.