Haqqımızda

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahib olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi"dir.

Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır.

Üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn güçlü "Qeyri-Hökumət Təşkilatı"dır.

MÜSİAD Azərbaycan

2017-ci ilin yanvar ayından fəaliyyətdədir.
  • Üzv sayı: 100+
  • İşçi sayı: 8500 nəfər
  • İdarə Heyəti: 13 nəfər
  • Struktur: 10 Komissiya
  • Tərkibində: Karz-ı Hasen, GƏNC MÜSİAD
14.000+Üzv (Global)
60.000Müəssisə
3.000.000İşçi
179Məntəqə (84 Ölkə)

Missiya

Milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən etdiyimiz prinsip və dəyərləri paylaşaraq üzvlərimizin sayını artırmaq, üzvlərimizin arasındakı həmrəyliyi gücləndirmək.

Vizyon

Azərbaycan və Türkiyə iş dünyasının prinsipial və dəyər əsaslı sahibkar iş adamlarını adil dünya qayəsi ilə, yenilikçi bir şəraitdə görüşdürmək, qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçılarından olmaq.

Dəyərlər

Halal-haram şüuru
Ədalətli bölüşmə
Etibar
Düzgünlük
Həmrəylik
Comərdlik
Səmərəlilik
İnkişaf
Təbiət şüuru
Səriştəlilik
Mərhəmət

Karz-ı Hasen

Karz-ı Hasen, sözün əsl mənasında, gözəl borc deməkdir.

Karz geri almaq (bərpa) üçün verilən deməkdir.

Karz-ı Hasen isə ehtiyacı olan şəxsə haramlardan uzaq durması üçün ehtiyacını qarşılayacaq məbləği faizsiz olaraq və sırf Allah rızasını qazanmaq üçün verilən borc deməkdir.

Günümüzdə həyatımızın hər sahəsində mövcud olan faizli borclardan yaxa qurtararaq halal yollarla biznesin inkişaf etdirilməsi üçün, Karz-ı Hasen-in təkmilləşdirilməsi və dəstəklənməsi zərurətindən irəli gələrək MÜSİAD Karz-ı Hasen fondu qurulmuşdur.

"Allah yolunda gözəl bir borc verəcək olan kimdir? Allah da bunu o kəs üçün qat-qat artırar. Onun üçün olduqca üstün və şərəfli bir əcr (savab) vardır."

Hedid Surəsi 11. Ayə

"Namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"

Muzzammil Surəsi 20. Ayə