GENÇ MÜSİAD

Gələcəyin İş Adamlarını Yetişdiririk

Gələcəyin iş adamlarını və MÜSİAD üzvlərini yetişdirmək, onları həyata hazırlamaq, malik olduğu dəyərləri və qazandığı təcrübələri gənclərlə bölüşmək məqsədi ilə MÜSİAD-ın İdarə Heyəti tərəfindən qəbul edilmiş qərara əsasən 2002-ci ildə yaradılmışdır.

4.500+ Dünya Üzvü
60 Türkiyə Nümayəndəliyi
39 Ölkə

Tariximiz

2002-ci il

MÜSİAD-ın tərkibində əzmkar, dürüst, ləyaqətli, qərarlı və həvəsli bir qrup gənc tərəfindən ölkə daxilində və xaricində fəaliyyəti reallaşdırılan Gənc MÜSİAD bugün dünya miqyasında 4500 üzvü ilə məqsədini davam etdirir.

Hədəflərimiz

Milli və mənəvi dəyərlərimizin işığında qlobal inkişafları da nəzərə almaqla, gənclərin təcrübə və biliklərini artırmaq, onları mükəmməlləşdirmək.

Vəzifəmiz

"Yüksək əxlaq və yüksək texnologiya" ideyası ilə 35 illik MÜSİAD təcrübəsindən əldə edilənləri gənc sahibkar və rəhbərlərlə paylaşmaq, ictimai həmrəylik və paylaşma mədəniyyətini yüksəldib ənənələrə bağlı gənc nəsil və təfəkkür yaratmaq.

Dəyərlərimiz

Təhsil və İnkişaf
Həmrəylik
Yenilikçilik
Əxlaq
"Yüksək əxlaq və yüksək texnologiya"