MÜSİAD Azərbaycan sədri və Yeni İdarə Heyəti Türkiyə Respublikasının səfiri, Prof.Dr. Birol Akgünü ziyarət ediblər
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan və Yeni İdarə Heyətinin üzvləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. cənab Birol Akgünü məqamında ziyarət ediblər. Həmçinin görüşdə, səfirliyin ticarət üzrə başmüşaviri Murat Yaman da iştirak edib.
Görüş zamanı səfir Birol Akgün yeni seçilmiş İdarə Heyətini təbrik edərək, MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının Azərbaycana investisiya qoymaq istəyən sahibkarların məlumatlandırılması və praktiki biznes təcrübəsinin ötürülməsində mühüm rol oynadığını vurğulayıb.
İdarə heyətinin sədri Fuat Kayhan MÜSİAD Azərbaycanın 2026-cı il üçün fəaliyyət istiqamətləri və strateji hədəfləri barədə Görüşdə KOBİA və MÜSİAD ilə birgə 2026-cı ilin yayında Qarabağda keçirilməsi planlaşdırılan Türk Dünyası İnvestisiya və Biznes Forumu ilə bağlı hazırlıq işlərinə başlanılması haqqında məlumat verib.
Həmçinin aidiyyatı dövlət qurumlarının dəstəyi və MÜSİAD Baş Qərargahı ilə əməkdaşlıq çərçivəsində xaricdəki ixtisaslaşmış sənayə müəssisələrinin Know How iş birliyi əsas alınaraq, qarşıdakı 2 il ərzində sənaye və istehsal sahələrini əhatə edən 12 iri Sənaye Müəssisəsinin layihələndirilməsi icrasının planlaşdırıldığını bildirib. O, Bu müddət ərzində beynəlxalq bazarlarda rəqabət qabiliyyətli Azərbaycan mənşəli məhsulları istehsal edəcək müəssisələrin layihələndirilərək ilkin texniki-iqtisadi təhlil sənədlərinin MÜSİAD Azərbaycan tərəfindən hazırlanacağı və hər iki aydan bir ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
İdarə heyətinin Sədri Fuat Kayhan bu təşəbbüslərin hər kəsin ortaq ola biləcəyi, çox ortaqlı investisiya modelləri əsasında formalaşdırılmasının əsas hədəflərdən biri olduğunu vurğulayıb. Sədr bu layihələr çərçivəsində Azərbaycanın idxaldan asılılığının azaldılmasının, Türkiyənin Sənaye təcrübəsinin ölkəyə gətirilməsinin və davamlı sənaye ekosisteminin formalaşdırılmasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Görüş çərçivəsində MÜSİAD Azərbaycan tərəfindən hazırlanmış və investisiya planlayan sahibkarlar üçün bələdçi xarakteri daşıyan “Azərbaycan Ekonomik Görünüm Raporu” təqdim olunub. Səfir Birol Akgün Azərbaycanın strateji mövqeyini və MDB ölkələrinə gömrük rüsumu olmadan çıxış imkanlarını vurğulayaraq, Raporun ölkənin investisiya potensialının daha dolğun və effektiv şəkildə təqdim olunmasında mühüm rol oynayacağını qeyd edib.





