MÜSİAD Azərbaycan İsmayıllıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar süfrəsi təşkil edib
Bizimyol.info MÜSİAD Azərbaycan İctimai Birliyinə istinadən xəbər verir ki, proqramda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün,MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak edib.