Vidal Özəl Sənaye Məhəlləsi
Şirkət Məlumatı
Şirkət Haqqında
Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına uyğun olaraq sənaye istehsalının, yüksək texnologiyaların və ixracyönümlü bizneslərin inkişafını dəstəkləmək məqsədilə yaradılmış VİDAL Özəl sənaye məhəlləsinin operatorudur. Şirkət sənaye və istehsal sahəsində beynəlxalq idarəetmə standartlarına əsaslanan müasir ekosistem qurmaq, rezidentlərə rəqabətqabiliyyətli infrastruktur və kompleks xidmətlər təqdim etmək üçün fəaliyyət göstərir. Şirkətin əsas hədəfi sənaye istehsalını təşviq edən, yüksək texnologiyalara əsaslanan, dayanıqlı və innovativ biznes mühitinin formalaşdırılması və özəl sektorun inkişafı üçün əlverişli platforma, habelə, regionun ən qabaqcıl sənaye və texnologiya məkanlarından birinə çevrilərək, yerli və xarici investisiyaları cəlb edən, ixrac potensialını artıran və yeni iş yerlərinin yaradılmasına töhfə verən nümunəvi sənaye məhəlləsi modeli yaratmaqdır.
Əsas Fəaliyyət İstiqamətləri: Özəl Sənaye Məhəlləsinin konseptual layihələndirilməsi və inkişaf strategiyasının hazırlanması, Sənaye və istehsal üçün tam hazır infrastrukturun qurulması, Rezidentlərin qəbul prosesinin idarə olunması və dəstəklənməsi, Torpaq, tikinti və istismar mərhələlərinin koordinasiyası, Bizneslərin fəaliyyətinə dair “one-stop shop” (vahid pəncərə) xidmətlərinin təşkili, Dövlət proqramları və iqtisadi təşviqlər çərçivəsində rezidentlərə dəstək, İxrac yönümlü və innovativ layihələrin məhəlləyə cəlbi, Əməyin təhlükəsizliyi, keyfiyyət standartları və ətraf mühitə uyğunluğun təmin edilməsi.
Təklif Olunan Xidmətlər: İnfrastruktur təminatı: yol, enerji, qaz, su, kanalizasiya, telekommunikasiya, Ofis və istehsalat sahələrinin icarə və idarəedilməsi, Layihələndirmə və tikinti üzrə məsləhət və koordinasiya, Hüquqi, maliyyə və gömrük məsələləri üzrə dəstək, İnvestisiya təşviqi və dövlət güzəştləri üzrə məsləhətçi xidmətlər, Rezidentlərin əməliyyatlarının sürətli icrası üçün idarəetmə platforması.
Dövlətlə Əməkdaşlıq: Şirkət sənaye məhəlləsinin yaradılması və idarə olunması prosesində İqtisadiyyat Nazirliyi, aidiyyəti dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində rezident şirkətlər dövlət tərəfindən nəzərdə tutulan vergi, gömrük və investisiya güzəştlərindən faydalana bilir.
Üstünlüklər: Tam hazır və müasir sənaye infrastrukturu, Şəffaf və çevik idarəetmə sistemi, İnvestorlar üçün risklərin minimuma endirilməsi, Yüksək texnologiyalara və innovasiyaya açıq platforma, Rezidentlər üçün operativ xidmət və dəstək mexanizmləri, Logistika baxımından əlverişli yerləşmə, Ekoloji standartlara uyğun dayanıqlı inkişaf modeli.