Albayrak Grup – Alport Baku

Vahdettin Keleş • Direktor
Tikinti və İnşaat materialları

Şirkət Məlumatı

Şirkət Adı:Albayrak Grup – Alport Baku
Temsilçi:Vahdettin Keleş
Vəzifəsi:Direktor
Ünvan:AZ1069, Bakı Ş, Nerimanov Rayonu, Atatürk Prospekti, ev 30B. Bakı, Azərbaycan
Sektorlar:
Tikinti və İnşaat materialları

Əlaqə

Veb Saytı Albayrak.com.tr

Şirkət Haqqında

“Albayrak” 1952-ci ildən etibarən 50-dən çox şirkətdə 15.000-ə yaxın əməkdaşı ilə Türkiyə iqtisadiyyatına töhfə verməkdədir. Qlobal bir investor olaraq, Avropa, Afrika və Asiyanı əhatə edən üç qitədə limanlar, ictimai nəqliyyatın idarə olunması, tullantı və əmlak inkişafı sahələrinə getdikcə daha çox fokuslanır. “ALBAYRAK QRUPU”-nun AZƏRBAYCANDA FƏALİYYƏT İSTİQAMƏTLƏRİ “Albayrak Qrupu” Bakı Limanında 15 illik imtiyaz müqaviləsi ilə Yeni Gübrə Terminalının istehsal hüququnu əldə edib. “Albayrak” bu günə qədər təxminən 20 milyon avro dəyərində avadanlıq sərmayəsi yatıraraq, Bakı Limanında Yeni Gübrə Terminalını inşa edib. Yeni Gübrə Terminalı Orta Asiya ölkələrindən gətirilən gübrə məhsulları üçün bir tranzit nöqtəsi rolunu oynayır. Terminal saatda 600 ton emal gücünə və 60.000 ton saxlama tutumuna malikdir. “Albayrak Qrupu” həmçinin Bakı Limanını, Ələt qəsəbəsi ərazisində əlavə bir konteyner terminalı olaraq Ro-Ro Terminalını və Ağır Yük Terminalını işlətməyə başlayıb. İpək Yolu üzrə Orta Dəhlizində artan gəmilərin hərəkətini qarşılayaraq, yerli və qlobal nəqliyyat xətləri vasitəsilə sürətli və səmərəli yük emalı xidmətləri təklif etmək məqsədilə, 84 tonluq mobil liman kranına və 45 tonluq Reach Stacker avadanlığına da sərmayə yatırıb.