Azərsutəchizattikinti ASC

Pərviz Məmmədov • İcraçı direktor
Tikinti və İnşaat materialları Xidmət sahələri

Şirkət Məlumatı

Şirkət Adı:Azərsutəchizattikinti ASC
Temsilçi:Pərviz Məmmədov
Vəzifəsi:İcraçı direktor
Ünvan:Əhməd Rəcəbli 1 küçəsi, bina 10A. Bakı, Azərbaycan
Sektorlar:
Tikinti və İnşaat materialları Xidmət sahələri

Əlaqə

Şirkət Haqqında

“Azərsutəchizattikinti” ASC 2003-cü ildə təsis olunmuşdur. Şirkətin əsas fəaliyyət istiqamətinə: bina və qurğuların tikinti-quraşdırma işləri: xüsusi qurğuların tikintisi və quraşdırılması (boru kəmərləri, magistral, su anbarları və texnoloji çənlər), bayır mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri (su, kanalizasiya və istilik xətləri), sənaye, mülki və ictimai obyektlərin tikintisi, torpaq işləri, daş-hörgü işləri, monolit beton və dəmir beton konstruksiyaların qurulması, yığma beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal və ağac konstruksiyaların yerində hazırlanması və quraşdırılması, dam örtük işləri, bəzək tamamlama işləri də fəaliyyət sahələrinə daxildir. Hidrotexniki işlər (hidrotexniki qurğular); maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması sahəsində də təcrübəyə malikdir. “Azərsutəchizattikinti” ASC podrat şirkəti olaraq “Azərsu” ASC, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ kimi Satınalan Təşkilatların işlərini icra etmişdir. Bu işlərə Qusar, Xaçmaz, Xızı, Saatlı, Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidənqurulması, magistral su və kanalizasiya xətlərinin çəkilməsi, məcburi köçkünlər üçün salınan qəsəbələrdə binaların tikintisi işləri, su, kanalizasiya, suvarma və qaz təchizatı sistemlərinin tikintisi və quraşdırılması, o cümlədən Qarabağ ərazisində qayıdan əhali üçün fərdi yaşayış evləri və su, kanalizasiya, suvarma sistemlərinin tikintisi işləri daxildir. “Azərsutəchizattikinti” ASC-nin çox sayda texnikası mövcuddur.