Euroclima MMC

Aslan Abdullayev • Direktor
Tikinti və İnşaat materialları

Şirkət Məlumatı

Şirkət Adı:Euroclima MMC
Temsilçi:Aslan Abdullayev
Vəzifəsi:Direktor
Ünvan:Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 51k. Bakı, Azərbaycan
Sektorlar:
Tikinti və İnşaat materialları

Əlaqə

Veb Saytı www.euroclima.az

Şirkət Haqqında

HVAC (İstilik, Havalandırma və Soyutma) sahəsində 20 ildən artıqdır ki, Azərbaycanın qabaqcıl şirkətlərindən biridir. Şirkətimiz Bakı şəhərində və ölkənin əksər regionlarında fəaliyyət göstərərək, müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Hədəfimiz HVAC sahəsində dünya və Avropa standartlarına uyğun xidmətlərimizi Azərbaycanın hər bölgəsinə əlçatan etməkdir. Ən keyfiyyətli isitmə, soyutma, havalandırma və su təchizatı həllərinin ölkəmizdə tətbiq edilməsi sahəsində tanınmış istehsalçılarla uzun illərdir əməkdaşlıq edirik. Ekoloji böhranı nəzərə alaraq, ətraf mühitə zərər yetirməyən qabaqcıl texnologiyalardan istifadə etməyi seçmişik. Avropanın tanınmış istehsalçılarının istehsal etdiyi isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servis xidmətlərini təqdim edirik. Uzun illərdir müştərilərimizə İtaliya, Almaniya, Danimarka, Türkiyə, Çin və Rusiyadan keyfiyyəti ilə seçilən brendlərin məhsullarını təqdim edərək, müştəri məmnuniyyətini prioritetimiz hesab edirik. Daim müştərilərimizin rahatlığını düşünərək, Bakı və regionlar üzrə servis xidməti təqdim edirik. Servis komandamız İtaliya, Almaniya, Polşa və Türkiyədə təlim keçmiş peşəkar mütəxəssislərdən ibarətdir. Müştərilərimizi yalnız orijinal ehtiyat hissələri ilə təmin etmək bizim əsas prinsiplərimizdən biridir.