FARUK MMC

Yusif Hüseynov • Ortaq / Partnyor
Xidmət sahələri

Şirkət Məlumatı

Şirkət Adı:FARUK MMC
Temsilçi:Yusif Hüseynov
Vəzifəsi:Ortaq / Partnyor
Ünvan:Azure Biznes Mərkəzi, mərtəbə 8, ofis 46A, Bakı, Azərbaycan
Sektorlar:
Xidmət sahələri

Əlaqə

Veb Saytı www.faruk.az

Şirkət Haqqında

FARUK Legal & Tax Services ən qabaqcıl təcrübəyə uyğun olaraq, bütün növ hüquq və vergi xidmətləri təklif edən butik tipli konsaltinq şirkətidir. Bizim xidmətlərimizdən yararlanmaq üçün 3 əsas səbəb:
  • Mükəmməllik: Bir butik konsaltinq şirkəti olaraq, müştərilərimizə hazır şablonlar arasından seçim etməyi təklif etmirik. Sizin şəxsi problemlərinizin həlli üçün unikal seçimləri təklif edirik. Xidmətlərimiz keyfiyyətinin vaxtın və sərfəli qiymətin ən optimal nisbətini özündə cəmləşdirir. Bir sözlə, sizə mükəmməl olanı təqdim edirik.
  • Təşəbbüskarlıq: Biz problemin yaranmasını gözləmirik, onun qarşısını dərhal almağa çalışırıq. Problem meydana çıxdıqda isə, sizə kənardan yalnız məsləhətlər verməklə işimizi bitmiş hesab etmirik; problemlərinizin dərinliyinə vararaq, Sizin üçün ən münasib nəticə əldə olunana qədər faydalı göstərişlərimizi əsirgəmirik. Mükəmməlliyin zirvəsini qarşınıza qoyuruq. Çünki Sizi yalnız müştərimiz kimi qəbul etmirik, özümüzü həm də Sizin komandanızın tərkib hissəsi hesab edirik.
  • Düşüncə rahatlığı: Hər bir iş adamı üçün ikinci dərəcəli məsələlərə vaxt və əsəb itirməmək çox önəmlidir. Bizim xidmətlərimizdən istifadə etməklə düşüncələrinizə rahatlıq verin və fikrinizi əsas biznesinizə cəmləyin; düşüncələrinizə narahatlıq gətirən kənar maneələrin öhdəsindən gəlmə yükünü bizə buraxın. Bizim xidmətlərimiz aşağıdakıları əhatə edir:
  • Korporativ: Hüquqi şəxslərin qeydiyyatı və ləğvi, ofşor şirkətlərin qeydiyyatı, korporativ strukturlaşdırma, birləşmə və qoşulmalar, bölünmə və ayrılmalar, çevrilmə və iflas prosesləri zamanı tam hüquqi dəstək və s.