Kripton Business Solutions
Əli Qədirbəyli • Təsisçi, Direktor
İnformasiya texnologiyaları
Şirkət Məlumatı
Şirkət Adı:Kripton Business Solutions
Temsilçi:Əli Qədirbəyli
Vəzifəsi:Təsisçi, Direktor
Ünvan:Əhməd Rəcəbli küçəsi 1/25, Çinar Park Biznes Mərkəzi. Bakı, Azərbaycan
Sektorlar:
Şirkət Haqqında
“Kripton Business Solutions” olaraq, büdcə cəhətdən səmərəli proqramlar yaratmaqla öz müştərilərimizin biznes proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasına xidmət edirik. 2013-cü ildən etibarən bu sahədə fəaliyyət göstərən şirkətimiz, bu müddət ərzində bir çox dövlət qurumu və özəl şirkətlərlə uğurlu layihələr həyata keçirib və uzunmüddətli tərəfdaşlıqların təməlini qoyub. İş prinsipimizin əsasını müştəri tələblərinin düzgün təhlili, layihələrin keyfiyyətli yerinə yetirilməsi və vaxtında təhvili təşkil edir. Buna isə təcrübəli proqramçılarla yanaşı, müştərilərimizin tələb və ehtiyacını gözəl anlayan və dəqiq təhlil edən mütəxəssislərdən ibarət işçi heyətinin hesabına nail oluruq. Missiyamız ölkəmizdə müəssisələrin biznes proseslərinin avtomatlaşdırılmasında aktiv iştirak etməklə yanaşı, həm də ölkə sərhədlərini aşaraq öz məhsul və xidmətlərimizi dünya bazarlarında təqdim etməkdir.