MİTEN ENERJİ İNŞAAT
İrfan Kutluca • Təsisçi, İdarə Heyətinin sədri
Enerji
Tikinti və İnşaat materialları
Tikinti və Layihələndirmə
Şirkət Məlumatı
Şirkət Adı:MİTEN ENERJİ İNŞAAT
Temsilçi:İrfan Kutluca
Vəzifəsi:Təsisçi, İdarə Heyətinin sədri
Ünvan:Bakı şəhəri, Səbail rayonu
Sektorlar:
Şirkət Haqqında
MİTEN ENERJİ İNŞAAT 2000-ci il tarixində Azərbaycanda təsis edilmişdir. İlk olaraq EN İNŞAAT ENERJİ adı ilə fəaliyyətə başlamış, Türkiyənin Şərqi Anadolu, Aralıq dənizi və Egey bölgələri başda olmaqla, müxtəlif şəhərlərində aşağı gərginlikli (AG) və yüksək gərginlikli (YG) enerji infrastrukturu layihələrini uğurla həyata keçirmişdir. 2015-ci ilə qədər Türkiyədə 0,4 kV, 35 kV, 154 kV və 380 kV gərginlik səviyyələrində elektrik enerjisinin ötürülməsi və paylanması xətlərinin inşasını həyata keçirmişdir. 2015-ci ildən etibarən isə əsas fəaliyyət istiqamətlərini Azərbaycana yönəldərək, ölkənin enerji və infrastruktur sektorunda etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirir.
Şirkətin əsas fəaliyyət istiqamətlərinə 0,4 kV-dan 380 kV-dək elektrik enerjisinin ötürülməsi və paylanması xətlərinin layihələndirilməsi, təchizatı və tikintisi, şəhərdaxili və şəhərlərarası elektrik şəbəkələrinin qurulması, telekommunikasiya infrastrukturu, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi, eləcə də sənaye və dövlət müəssisələri üçün infrastruktur layihələrinin həyata keçirilməsi daxildir.
Fəaliyyət istiqamətləri və texniki imkanlar
-
Enerji ötürmə və paylama xətləri: 0,4 kV-dan 380 kV-dək hava və kabel xətlərinin layihələndirilməsi, təchizatı və tikintisi.
-
Şəhərdaxili paylama şəbəkələri: Şəhərdaxili alçaq və yüksək gərginlikli elektrik şəbəkələrinin qurulması.
-
Telekommunikasiya infrastrukturu: İnternet, fiber-optik və mis rabitə xətlərinin çəkilməsi, dirəklərin quraşdırılması və xətt işləri.
-
Sənaye və dövlət obyektlərinin tikintisi: Müqavilə çərçivəsində bina, inzibati mərkəz və hərbi obyektlərin mühəndis-kommunikasiya və tikinti işləri.
Əsas layihələr və təcrübə
Diplomatik və hərbi obyektlər:-
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin tikinti işləri.
-
Türkiyə Respublikasının Səfirliyinin Hərbi Attaşeliyinin tikinti işləri.
-
Azərenerji ASC: Mingəçevir Su Elektrik Stansiyasının (SES) infrastruktur və reabilitasiya işləri.
-
Barmek Azərbaycan: Şəhərdaxili alçaq gərginlik və 110 kV-luq elektrik enerjisi ötürmə xətlərinin qurulması.
-
Azərişıq ASC: 110 kV-luq ikidövrəli hava və kabel xətlərinin tikintisi və təhvil verilməsi.
-
Bakı Metropoliteni ASC və dövlət qurumları: Dövlət əhəmiyyətli inzibati mərkəzlər üçün 110 kV-luq (1x800 mm²) yüksək tutumlu kabel xətlərinin tikintisi.
Ümumi infrastruktur göstəriciləri
-
Dövlət və özəl sektor: Ümumilikdə 1 500 km-dən artıq elektrik enerjisi ötürmə və paylama xəttinin tikintisi.
-
Aztelekom: 600 km uzunluğunda, 5 000 ədəd dirəyin quraşdırılmasını əhatə edən internet infrastrukturu layihəsi.