Sobsan Boya
Feyruz Quliyev • Direktor
Tikinti və İnşaat materialları
Şirkət Məlumatı
Şirkət Adı:Sobsan Boya
Temsilçi:Feyruz Quliyev
Vəzifəsi:Direktor
Ünvan:Baş ofis: Nərimanov ray., Əhməd Rəcəbli 33 A, 3. mərtəbə. Bakı, Azərbaycan
Sektorlar:
Şirkət Haqqında
26 il əvvəl Qafqazın və müstəqil Azərbaycanın ilk yerli boya markası olaraq fəaliyyətə başlayan “Sobsan” yüksək keyfiyyəti və geniş məhsul çeşidi ilə sektorun etibarlı brendinə çevrilmişdir. Topladığımız təcrübə sayəsində su əsaslı daxili və fasad boyaları, astar və dekorativ boyalar, lak-yapışdırıcılar, xüsusi təyinatlı sənaye boyaları, gəmi boyaları, mebel boyaları, kafel-keramika yapışdırıcıları, təmir-inşaat alətləri istehsal edirik. Bütün məhsullar ISO 9001:2015 və ISO 45001:2018 standartlarına uyğun hazırlanır. Keyfiyyətə verdiyimiz önəm nəticəsində Norveçin nüfuzlu İMO sertifikatını qazanaraq sənaye və gəmi boyaları sahəsində beynəlxalq səviyyədə tanınmağa nail olmuşuq. Məhsullarımız müasir laboratoriyalarda sınaqdan keçirilərək müştərilərə təqdim olunur. Bu gün “Sobsan” məhsulları Azərbaycanın bütün regionlarına, həmçinin Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İraq və bir sıra ərəb ölkələrinə olmaqla 15 ölkəyə ixrac olunur. Xarici satış imkanlarımız dövlətin dəstəyi ilə ildən-ilə artır. Texnologiya və təcrübənin vəhdəti ilə böyüməyə davam edən “Sobsan” boya sektoru ilə yanaşı ümumilikdə Azərbaycan sənayesində aparıcı mövqe tutur. Ölkə daxilində qazandığımız etibarı dünya bazarlarında “Made in Azerbaijan” brendi ilə tanıtmaqdan qürur duyuruq! “Sobsan” Boya – Dünya boyandıqca gözəldir!