Turkesh Dekor 2010 MMC
Xaqani Hümbətov • Təsisçi&Direktor
Mebel
Şirkət Məlumatı
Şirkət Adı:Turkesh Dekor 2010 MMC
Temsilçi:Xaqani Hümbətov
Vəzifəsi:Təsisçi&Direktor
Ünvan:E.Mehdiyev küçəsi (Baki fəhlə zavodunun həyətində). Bakı, Azərbaycan
Sektorlar:
Şirkət Haqqında
“Turkesh Dekor 2010” MMC olaraq, mebelin ehtiyacları aradan qaldıran bir obyekt deyil, yaşamın hər anını gözəlləşdirən bir ünsür olduğuna inandıq və bu şüarla yola çıxaraq “TURKESH DEKOR 2010” MMC-nin təməlini 2010-cu ildə qoyduq. Ağaca forma verərkən sizlərin həm yaşam tərzinə, həm də iş həyatınızdakı rahatlığınıza toxunduğumuzu bilirik və gününüzün hər anının daha gözəl və komfortlu olması üçün 15 ildir yorulmadan çalışırıq. TURKESH DEKOR fəaliyyətə başladığı gündən etibarən Türkiyə və Avropa texnologiyalarını ölkəmizə gətirməklə sizə yerli istehsal vasitəsilə dünya standartlarına uyğun məhsullar təqdim edir. Şirkətimiz qurulduğu gündən bu günədək istehsalat gücünü daim artıraraq doğru yolda olduğunu sübut edir və siz dəyərli müştərilərimizə daim yüksələn keyfiyyətli məhsullar: Modular və hərəkətli mebel sistemləri, İdarəçi və personal masa dəstləri, Ofis bölmə sistemləri, Ofis kresloları, Ev mebelləri (mətbəx, qapı, qarderob), Otel, Məktəb, Xəstəxana, Kafe & Restoran məhsulları təqdim etməkdədir. Biz sizin həyatınızın bir parçası olmağa davam edirik. Sürətlə dəyişən və inkişaf edən çağdaş dünyada özünü yeniləyən və mövcud modellərinə yeni modellər də əlavə etməklə özünü davamlı inkişaf perspektivi çərçivəsində sabahlara hazırlayan “TURKESH DEKOR”, gələcəkdə də sektorun aparıcı şirkətləri arasında öz yerini qorumaq üçün sizinlə birlikdə olmağı arzulayır.