MÜSİAD Azərbaycan Heyəti Üzv Şirkətimiz “Vidal Özəl Sənaye Məhəlləsi”ni Ziyarət Edib

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, dərnəyimizin II dönəm İdarə Heyətinin sədri Rəşad Cabirli, MÜSİAD Azərbaycan Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin iştirakı ilə üzv şirkətlərdən biri olan “Vidal Özəl Sənaye Məhəlləsi”ni ziyarət edilib.

Ziyarət çərçivəsində Vidal Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov qonaqlara müəssisənin fəaliyyət istiqamətləri, istehsal potensialı, mövcud layihələri və inkişaf strategiyası barədə ətraflı məlumat verib.

Beynəlxalq idarəetmə standartlarına uyğun olaraq fəaliyyət göstərən Vidal Özəl Sənaye Məhəlləsi sənaye və istehsal sahəsində rəqabətqabiliyyətli infrastruktur, kompleks xidmətlər və innovativ biznes mühiti təqdim etməklə, ölkəmizdə dayanıqlı sənaye modelinin formalaşmasına töhfə verir. Eyni zamanda, müəssisənin əsas hədəfləri sırasında yerli və xarici investisiyaların təşviqi, ixrac imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması dayanır.

Sonda ziyarətçilər sənaye məhəlləsinin istehsalat sahəsi ilə yerində tanış olaraq proseslərlə ətraflı şəkildə maraqlanıblar.

Səmimi qonaqpərvərliyinə görə Vidal Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarova təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.