MÜSİAD Azərbaycan İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Nevşehir İdarə Heyətinin sədri Ahmet Çakırla birlikdə Nevşehir İcra Hakimiyyətinin başçısı cənab Ali Fidanı məqamında ziyarət ediblər.
Görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyəti sədrinin birinci müavini Hüseyin Yapar dərnəyin həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri və Türkiyə-Azərbaycan ticarət münasibətlərinə verdiyi töhfələr barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində Nevşehirin Azərbaycan və ümumilikdə türk dünyası ilə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi mövzusunda səmərəli fikir mübadiləsi aparılıb.

