Türkiyə Respublikasının Ticarət naziri Prof. Dr. Ömer Bolat MÜSİAD Azərbaycan stendini ziyarət edib
Türkiyə Respublikasının Ticarət naziri Prof. Dr. Ömer Bolat MÜSİAD EXPO 2026 sərgisi çərçivəsində MÜSİAD Azərbaycan stendini ziyarət edib.
Ziyarət zamanı MÜSİAD Azərbaycan nümayəndələri ilə görüşən nazirə ölkəmizdə fəaliyyət göstərən üzv şirkətlərimiz, onların fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə işgüzar əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib.
MÜSİAD Azərbaycan stendinə göstərdiyi diqqətə görə cənab nazir Prof. Dr. Ömer Bolata təşəkkürümüzü bildiririk.





