MÜSİAD Azərbaycan
14

2024-01-12

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Gənc MÜSİAD Azərbaycan nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun qonaqları olmuşdurlar.

Görüşdə qarşılıqlı olaraq 2 qurum fəaliyyətləri haqqında məlumat vermiş, gələcəkdə təhsil barəsində planlanan işlər müzakirə olunmuşdur.

Daha sonra Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin əsas göstəricilərindən biri olduğuna diqqət çəkərək, UNEC2B platformasından, eləcə də bu istiqamətdə həyata keçirilən digər yeniliklərdən danışıb. Həmçinin dövlət və özəl sektorların sifarişləri ilə UNEC-in həyata keçirdiyi mini MBA proqramları, əməkdaşlar üçün təşkil olunan təlimlər, startap layihələri və s. barədə məlumat vermişdir.

Görüş zamanı MÜSİAD Azərbaycan üzvlərimizin mütəxəssisləri tərəfindən UNEC tələbələrinə masterclasslar, təlimlər və təqdimatlar keçirilməsi və UNEC müəllimləri tərəfindən üzvlərimizə təlimlərin verilməsi barədə müzakirələr aparılmışdır.

UNEC-in Start-Up mərkəzi ilə də iş birlikləri barədə danışılmış, tələbələrin layihələrinə dəstək olmaq üçün görüşmələr olacağı bildirilmişdir.

İki qurum arasında Universitet-Sənayə İş birliyi Komissiyasının qurulması barədə razılıq əldə olunmuşdur.

Görüşün sonunda Rəşad Cabirli, Ədalət bəyə plaket təqdim etmişdir.