MÜSİAD Azərbaycan
141

2024-10-08

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, 8-9 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Iteca Caspian LLC təşkilatçılığı ilə Azerbaijan Halal Business Forum – AZHAB Forum keçirilir.

Dünyanın diqqətində olan daha bir tədbir

Məlumata əsasən, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbir, “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

Bu arada qeyd edək ki, dünyanın diqqətində olan forumda MÜSİAD Azərbaycan stendi də yer almaqdadır.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Forumda MÜSİAD Azərbaycan stendi də yer alır

Məlumatda deyilir: “Üzvlərimizdən Polymart MMC, Hazel Chocolate MMC, Euroclima MMC, Sobsan Boya, AtaPack MMC və №1 Çörək Zavodu şirkətləri bu stenddə yer alır. Forumun ilk hissəsində rəsmilərin də qatıldığı panel müzakirələri olmuşdur. Daha sonra stend ziyarətləri həyata keçirilmişdir”.

Mənbə: Halal Business Forumda MÜSİAD Azərbaycan rüzgarı