MÜSİAD Azərbaycan
151

2024-11-29

MÜSİAD Azərbaycan heyəti Bursada məhsuldar görüşlər keçirib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi ötən həftə Türkiyədə səfərdə olan MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri Istanbulda bır sıra görüşlər keçiriblər. Qeyd edək ki, nümayəndə heyəti daha sonra Bursaya gedib və orada da məhsuldar görüşlər olub.

Bu barədə Rəşad Cabirli öz X sosial şəbəkə hesabında paylaşımlar edib.

Paylaşımlarda deyilir ki, MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri Sakarya Düşüncə və Həmrəylik Platforması üzvləri ilə birlikdə Bursada ilk ziyarətlərini Bursa Teknik Üniversitetinə və Bursa Uludağ Üniversitetinə edib: “Öncə Bursa Texniki Universitetin rektoru Prof.Dr. Naci Çağlar hocamızı, sonra isə Bursa Uludağ Universitetinin rektoru Prof.Dr. Ferudun Yılmaz hocamızı məqamında ziyarət etdik”.

Paylaşıma əsasən, görüş zamanı MÜSİAD Azərbaycanın Təhsil və Mədəniyyət Komissiyasının fəaliyyətləri çərçivəsində əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb: “Gələn il Bakıda həyata keçirməyi planlaşdırdığımız “Gələcəyin peşələri, peşələrin gələcəyi” adlı tədbirimiz haqqında məlumat verdik, Bakıya dəvət etdik. Səmimi qəbula görə dəyərli hocalarımıza bir daha təşəkkürümüzü bildiririk. Dəstəklərinə və ziyarətlərinə görə Sakarya Düşüncə və Həmrəylik Platformasının rəhbəri Hasan Demir bəyə təşəkkürümüzü bildiririk”.

Növbəti ziyarət MÜSIAD Bursa şöbəsində olub. Orada şöbə başqanı Alparslan Şenocakla bir araya gələn qonaqlar Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı üçün görülən işlərə verilə bilinəcək dəstək barədə müzakirə aparıblar: “Ən qısa zamanda Bursa şöbəmizin üzvlərilə birlikdə Bakıda görüşməklə bağlı qərar qəbul etdik”.

R.Cabirlinin daha bir paylaşımı isə Kontakt Grupa edilən ziyarətlə bağlıdır: “Bursaya səfərimiz çərçivəsində
MÜSIAD Bursa üzvümüz, Kontakt Grup şirkətinin həmtəsisçisi və Baş İcraçı direktoru azərbaycanlı sahibkar Yunis Heydərli və şirkət təmsilçiləri ilə ofislərində görüşdük. Beynəlxalq ticarət fəaliyyəti həyata keçirən şirkət ölkələrimiz arasında ticarətin dinamıkasının artmasına önəmli töhfələr verir. Yunis bəyə və şirkət təmsilşilərinə qonaqpərvərliyinə görə təkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq”.

Azərbaycandan gedən heyətin Bursadakı növbəti görüşü isə Bursa Ticarət və Sənaye Palatasına (BursaTSO) olub.

R.Cabirlinin bununla bağlı paylaşımında deylir: “Bursaya səfərimiz çərçivəsində Bursa Ticarət və Sənaye Palatasının (BursaTSO) İdarə Heyətinin sədri İbrahim Burkay bəy və heyəti ilə görüşdük, mümkün əməkdaşlıq perpektivlərini müzakirə etdik. MÜSIAD Azərbaycan olaraq hazırladığımız “Azerbaycana gelmek için #101NEDEN” təqdimatımızı paylaşdıq. Səmimi qəbula görə İbrahim Burkay başkana, dəstəyinə görə MÜSİAD Bursa başkanımız, eyni zamanda Bursa Ticaret ve Sanayi Odası İdarə Heyətinin üzvü Alparslan Şenocak bəyə təşəkkürümüzü bildiririk”.
Əlaqələrin inkişafı istiqamətində daha bir addım
Mənbə: