MÜSİAD Azərbaycan
3

2022-08-29

MÜSİAD Azərbaycan və UNEC TUDİFAK tərəfindən həyata keçirilən "Addım-Addım Biznes" layihəsi artıq başladı. Layihə çərçivəsində tələbələrlə ilk görüş 10.08.2022-ci il tarixində MÜSİAD Azərbaycanın Bakı ofisində "Planlama, Elm və Mədəniyyət" komissiyası tərəfindən keçirildi. "Biznesə giriş" mövzusunda keçirilən görüşdə gənclərə iş dünyasını tanımaları, iş dünyasının tələblərini öyrənmələri və gələcək karyeralarına istiqamət vermələri ilə bağlı maraqlı məlumatlar verilmiş, tələbələrin layihə ilə bağlı fikirləri və gözləntiləri müzakirə edilmişdir. Layihənin gedişatında gənc tələbələrə uğurlar arzulayırıq!