MÜSİAD Azərbaycan
33

2022-09-22

Sentyabrın 22-də Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılış mərasimi keçirilib. Tədbir hər iki ölkənin səhiyyə nazirliklərinin dəstəyi ilə təşkil olunub.

Trend-in məlumatına görə, səhiyyə sektorunda fəaliyyət göstərən şirkət və dövlət qurumlarının iştirak etdiyi tədbirin tərəfdaşlarından biri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyidir (MÜSİAD).

Tədbirdə MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbir gedişatında baş tutan, Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın da iştirak etdiyi sektor görüşü çərçivəsində MÜSİAD Azərbaycanın ölkələr arasında səhiyyə sahəsində ticari əlaqələrin genişləndirilməsinə töhfə verə biləcəyi barədə fikirlər səsləndirilib.

Sonda MÜSİAD Azərbaycan idarə heyətinin sədri Türkiyənin Səhiyyə naziri Fahrettin Kocaya xatirə hədiyyəsi təqdim edib.

 

Mənbə: MÜSİAD Azərbaycan Bakıda keçirilən Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisində iştirak edib (FOTO) (trend.az)