MÜSİAD Azərbaycan
39

2022-10-25

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan rəhbəri Rəşad Cabirli Çexiyaya işgüzar səfəri zamanı bir sıra görüşlər keçirib.

Trend-in məlumatına görə, səfər çərçivəsində R.Cabirli Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Adış Məmmədovu ziyarət edib və tərəflər arasında müzakirələr aparılıb.

Eyni zamanda R.Cabirli Praqada 17-21 oktyabr taxirlərində keçirilən “Şərq Tərəfdaşlığı Biznes Forumu: Geoiqtisadi Çağırışlar və İmkanlar” adlı biznes forumda iştirak edib. Forum zamanı R.Cabirli müxtəlif iş adamları ilə görüşərək ortaq iş birliyi və Azərbaycanda yatırım imkanlarını müzakirə edib.

Bununla yanaşı R.Cabirlinin Çexiyaya işgüzar səfər zamanı MÜSİAD Çexiyanı ziyarət edib, idarə heyətinin sədri Erol Kaya ilə bir araya gələrək qarşılıqlı müzakirələr aparıb.

Mənbə : MÜSİAD Azərbaycan rəhbəri Çexiyaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)(trend.az)