MÜSİAD Azərbaycan
40

2022-10-25

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan rəhbəri Rəşad Cabirli Almaniyaya işgüzar səfəri zamanı bu ölkədə olan yerli və türk iş adamları ilə görüşüb.

Trend-in məlumatına görə, R.Cabirli səfər zamanı MÜSİAD Hessen (Frankfurt) ofisini ziyarət edib. MÜSİAD Hessen rəhbəri Muhsin Kidik və Avropa üzrə Ticarətin və İxracatın inkişafı komissiyasının rəhbəri Musa Aydın ilə görüşü zamanı Azərbaycandakı münbit investisiya mühitini müzakirə edilib.

R.Cabirli qeyd edib ki , Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağın bərpasına başlayıb və bu ölkənin əsas proritetlərindən biridir.

MÜSİAD Hessen heyəti ilə görüş zamanı MÜSİAD Azərbaycan ilə ortaq layihələrin həyata keçirilməsi də müzakirə edilib.

Mənbə : MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli Almaniyada bir sıra görüşlər keçirib (FOTO) (trend.az)