MÜSİAD Azərbaycan
42

2022-11-04

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan TÜYAP İstanbul Sərgi və Konqres Mərkəzində MÜSİAD EXPO 2022 sərgisində iştirak edir.

Trend-in məlumatına görə, Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati sərgidə iştirak edən MÜSİAD Azərbaycan stendini ziyarət edib.

Tədbirin açılışında çıxış edən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Mahmut Asmalı MÜSİAD-ın böyük bir təşkilat olduğunu qeyd edib.

MÜSİAD-ın 13 mindən çox üzvü və üzvlərinin təmsil olunduğu 60 min müəssisəsi ilə 2 milyon insanı məşğulluqla təmin etdiyini bildirən Asmalı bu il 19-cu dəfə qapılarını açan MÜSİAD EXPO sərgisinin Türkiyənin 2023-cü il ixrac hədəfini reallaşdırmaq üçün mühüm bir missiyanı üzərinə götürdüyünü qeyd edib.

Beynəlxalq Biznes Forumunun (İBF) bu il 26-cı dəfə keçiriləcəyini xatırladan Asmalı Kanada, ABŞ, Yaxın Şərq, Şimali Afrika və Rusiyadan mindən çox iş adamı və tərəfdaş ölkə nümayəndələri ilə IBF-nin 26-cı qurultayını təşkil edəcəyini bildirib.

Sərgiyə 124 ölkədən 100 mindən çox ziyarətçi və iştirakçının qatılacağı gözlənilir. Bununla yanaşı, sərgidə bir çox nüfuzlu sahibkarlar, investorlar və iş adamları da bir araya gələcək.

25 min kvadratmetr olan sərgi sahəsində müxtəlif sektorlardan öz məhsullarını təklif edən şirkətlər, texnoparklar, ümumilikdə isə 24 sahədən 600 şirkət iştirak edir. 60 ölkədən alıcı nümayəndə heyətinin olacağı sərgidə ticarət dövriyyəsinin 5 milyard dollara çatacağı gözlənilir.

Mənbə : MÜSİAD Azərbaycan İstanbulda MÜSİAD EXPO 2022 sərgisində iştirak edir (FOTO)