MÜSİAD Azərbaycan
46

2022-12-21

Gələcəyin Texnologiya Ulduzlarının yetişdirilməsi layihəsinə dəstək məqsədilə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan üzvlərinin övladlarını “Robotexnika Master Class” tədbirində bir araya gətirib.

Trend-in məlumatına görə, MÜSİAD Azərbaycanın üzvü "Robotzadə"nin təşkilatçılığı ilə keçirilən tədbirdə peşəkar pedaqoqlar tərəfindən Robotik kodlaşdırma sahəsində müxtəlif yaş qruplarına müxtəlif fəaliyyətlər tətbiq edilib.

Tədbir mütəmadi olaraq davam etdiriləcək və istedadlı uşaqlar qabaqcıl təhsil ala biləcəkləri təhsil müəssisələrinə yönəldiləcək və izləniləcək.

MÜSİAD Azərbaycan davam etdirdiyi və inkişaf etdirəcəyi layihələrlə gələcəyimiz olan övladlarımızın strateji istiqamətlərdə yetişdirilməsi və yönləndirilməsi istiqamətində öz missiyasına uyğun olaraq fəaliyyətini davam etdirir.

Mənbə:MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə uşaqlar robotexnika tədbirində iştirak edib (FOTO)