MÜSİAD Azərbaycan
90

2023-12-15

Tarixi, milli, mədəni əsaslara dayanaraq inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bugün hər iki ölkə liderlərinin siyasəti sayəsində pik həddə çatıb

TurkicWorld-un məlumatına görə bunu MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli Qida və Kənd Təsərrüfatı Forumunun açılışı zamanı bildirib.

“Bildiyiniz kimi Azərbaycan-Türkiyə münasibətləri həyatımızın bütün sahələrini əhatə etməkdədir. Bugün Azərbaycan-Türkiyə münasibətləri Ümumilli lider Heydər Əliyevin dediyi kimi bir millət iki dövlət prinsipi ilə inkişaf etməkdədir. Bu əlaqələrin möhkəmlənməsində əlbəttə ki, iqtisadi amillərin rolu danılmazdır. MÜSIAD Azərbaycan olaraq bizdə bu istiqamətdə öz üzərimizə düşən hər şeyi etməyi özümüzə borc bilmişik. Bu zamana qədər bizdə canızım Azərbaycanda bir çox önəmli iqtisadi forumlara təşkilatçılıq etmişik,” - deyə o qeyd edib.

Cabirli bildirib ki, həm Azərbaycan, həm də Türkiyə aqrar ölkədir və ölkələrin inkişafında kənd təsərüfatı məhsulları önəmli paya sahibdirlər.

“Unutmayaq ki, Azərbaycanda qeyri-neft sektorunun bir hissəsi olan aqrar sahəyə ölkə rəhbərliyi tərəfindən ciddi önəm və təşviq verilir. Bütün bunlarla yanaşı Türkiyədə kənd təsərüfatının inkişaf etdiyi və güclü iqtisadiyyata malik olan ölkələrdən biridir. Bu baxımdan hər iki ölkənin fermerlərinin, eləcə də bu sahədə iş görən adamlarının bir arada toplanması bir birimizdən faydalanmaq, təcrübə mübadiləsi, yeni fikir və ideyalarən ortaya çıxması üçün bir meydançadır. Hesab edirəm ki, bu gün keçirilən forumun həm türkiyəli, həm də azərbaycanlı fermerlərə ciddi töhvəsi olacaq. Bütün bunlarla yanaşı, forumdan sonra qarşılıqlı investisiyaların olacağına inanıram.” - deyə sədr qeyd edib.

Xatırladaq ki, bugün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.

Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.

 

Mənbə:Azərbaycan-Türkiyə münasibətləri bugün hər iki ölkə liderlərinin siyasəti sayəsində pik həddə çatıb - Rəşad Cabirli